Freysinet yarımadası

Freysinet yarımadası (ing. Freycinet Peninsula[1]) — Tasmaniya adasının şərqində yerləşən yarımada. крупный полуостров на востоке Тасмании (Австралия).

Freysinet yarımadası
Ümumi məlumatlar
Sahəsi65 km²
Yerləşməsi
42°12′36″ c. e. 148°18′36″ ş. u.
AkvatoriyaTasman dənizi
Ölkə Avstraliya
Freysinet yarımadası xəritədə
Freysinet yarımadası
Freysinet yarımadası

Coğrafiya

Freysinet yarımadası 23 km uzunluğa (şimaldan cənuba), 6,5 km enə malikdir. Yarıçmadanın sahəsi 65 km², maksimal hündürlüyü 613 metrdir.

Yarımadadan cənubnda Şuten adası yerləşir. Onlar birlikdə Freysinet Milli Parkını təşkil edirlər[2]. Şuten adası yarımadadan eni 1,6 km olan boğazla ayrılır (Schouten Passage).

Yarımada şərqdən Tasman dənizi, qərbdən isə Qreyt-Oyster-Bey körfəzi ilə əhatələnir.

Tarixi

1642-ci ildə Abel Tasman yarımada ətrafından keçmişdir. O, yaxınlıqda olan adanı Holland Ost-Hind şirkətinin rəhbərlərindən olan Yost Sxoutenin şərəfinə adlandırmışdır.

İlk əvvəllər elə düşünülürdü ki, yarımada kiçik adalradan ibarət adalar qrupudur. Bu məsələyə 1802—1803-cü ildə fransız dənizçi Nikolya-Toma Bodenin ekspedisiyası zamanı aydınlıq gətirilmişdir. O, yarımdadanı Freysinet adlandırmışdır. Onun ekspedisiyasında Freysinet qardaşları xidmət etmişdir. Sonradan Lui de Freysinet məşhur dənizçi, Anri Freysinet isə admiral olmuşdur. Görünür Boden onlardan birinin şərəfinə bu yarımadanı adlandırmışdır[3]

İstinadlar

Mənbə

Hazards dağından Vileqlas buxtasına açılan mənzərə.
Hazards dağları (The Hazards).