Fuad Əliyev (əsgər)

Fuad Ramin oğlu Əliyev (10 may 2001; Aşağı Öysüzlü, Tovuz rayonu — 11 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Fuad Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriAşağı Öysüzlü, Tovuz rayonu, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeriŞuşa rayonu, Azərbaycan
Dəfn yeriAşağı Öysüzlü
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri2019—2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
 • Madagizin azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Zəngilanın azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri"Azərbaycan Bayrağı" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "İgidliyə görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı

Fuad Əliyev 10 may 2001-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub.[1] 2007–2018-ci illərdə M. Ələkbərov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.

Hərbi xidməti

Fuad Əliyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi.

İkinci Qarabağ müharibəsində iştirakı

Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Fuad Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ, Suqovuşan, Hadrut, Füzuli, ZəngilanŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Fuad Əliyev noyabrın 11-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Fuad Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[6]

Təltifləri

İstinadlar