Fuad Məmmədov (əsgər)

Fuad Valeryeviç Məmmədov (1 avqust 1998, Bakı21 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Fuad Valeryeviç Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi1 avqust 1998(1998-08-01)
Doğum yeri
Vəfat tarixi21 oktyabr 2020(2020-10-21) (22 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
MilliyyətiAzərbaycanlı
AtasıValeri Dışin
AnasıMətanət Məmmədova
Təhsili
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Hadrutun azad edilməsi
Təltifləri3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2021 "Füzulinin azad olunmasına görə" medalı — 2021

Həyatı

1 avqust 1998-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. 2004-cü ildə Bakı şəhəri 221 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. 2015-ci ildə orta məktəbi bitirdikdən sonra Milli Aviasiya Akademiyasına daxil olub. 2020-ci ildə "Helikopter pilotu" ixtisası üzrə təhsilini tamamlayıb. Həmin ilin may ayında hərbi xidmətə çağrılıb və motoatıcı hissəsində qulluq etməyə başlayıb. "Səma" ansamblında rəqslə məşğul idi. Təhsil müddətində Türkiyə, GürcüstanRusiya kimi ölkələrdə rəqs turlarında iştirak edib. Bakıda "Jara" filminin çəkilişlərində iştirak edib və əsas aktyorlardan birinin dublyoru olub. Emin Ağalarovun "Ürəyin yarısı" (Сердце пополам) klipində çəkilib. Formula yarışlarında və Jara festivalında könüllü iştirak edib.

Ailəsi

Atası – Valeri Nikolayeviç Dışin, ehtiyatda olan polkovnik, Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.

Anası – Mətanət Ərəstun qızı Məmmədova, ali təhsili bitirdikdən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.

Hərbi xidməti

Füzuli, Cəbrayıl və Xocavənd uğrunda döyüşlərdə iştirak edib. 21 oktyabr 2020-ci ildə işğal olunmuş ərazilərin azad edilməsi üçün mübarizə apararkən cəbhənin Xocavənd istiqamətindəki döyüşdə həlak olub.

Təltif və mükafatları

Xarici keçidlər

İstinadlar