General-leytenant (Azərbaycan)

Azərbaycanda ali rütbə

General-leytenant — Azərbaycan hərbi birləşmələrində və dövlət orqanlarında verilən ali rütbə. Hərbi və xüsusi rütbə olmaqla iki əsas qrupa bölünür. General-leytenant rütbəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən, əsasən, hərbi birləşmə və dövlət orqanı rəhbərlərinin müavinlərinə verilir.

General-leytenant
ÖlkəAzərbaycan Azərbaycan
Təsis edilib5 sentyabr 1991
Yuxarı rütbəGeneral-polkovnik
Aşağı rütbəGeneral-mayor
Analoji rütbəVitse-admiral,
II dərəcəli dövlət ədliyyə müşaviri,
II dərəcəli dövlət miqrasiya xidməti müşaviri,
2-ci dərəcəli dövlət vergi xidməti müşaviri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

SSRİ dövründə general-leytenant rütbəsi 7 may 1940-cı ildə təsis edilmiş və Fəhlə-Kəndli Qırmızı Ordusunun ali zabit heyətinə verilmişdir. Böyük Vətən müharibəsində və sonrakı illərdə bu rütbə müxtəlif kateqoriyalara bölünərək ittifaq respublikalarındakı, habelə Azərbaycan SSR-dəki şəxslərə SSRİ Nazirlər Sovetinin qərarı ilə verilmişdir.[1]

Azərbaycan 1991-ci ildə SSRİ-nin tərkibindən çıxaraq müstəqillik əldə etdikdən sonra general-leytenant rütbəsinin verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirmişdir.

Təsnifatı

"Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası"na əsasən general-leytenant rütbəsi hərbi dəniz donanmasındakı vitse-admiral ali hərbi rütbəsinə, prokurorluq və ədliyyə orqanlarındakı II dərəcəli dövlət ədliyyə müşaviri, miqrasiya orqanlarındakı II dərəcəli dövlət miqrasiya xidməti müşaviri, vergi orqanlarındakı 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbələrinə, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə, eləcə də dövlət qulluğundakı 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə uyğundur.[2]

Azərbaycanda hərbi birləşmələr və dövlət orqanlarında general-leytenant rütbəsi aşağıdakı kimi təsnifatlaşdırılır:

  • Azərbaycan Ordusu və digər silahlı birləşmələrdə — general-leytenant ali hərbi rütbəsi;
  • Silahlı birləşmələrdə və dövlət orqanlarında — tibb xidməti general-leytenantı ali hərbi və ali xüsusi rütbələri;
  • Ədliyyə və prokurorluq orqanlarında — ədliyyə general-leytenantı ali hərbi və ali xüsusi rütbələri;
  • Gömrük orqanlarında — gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi;
  • Daxili işlər orqanlarında — polis general-leytenantı ali xüsusi rütbəsi;
  • Fövqəladə hallar orqanlarında — daxili xidmət general-leytenantı ali xüsusi rütbəsi;
  • Feldyeger rabitəsi orqanlarında — feldyeger xidməti general-leytenantı ali xüsusi rütbəsi.

Fərqlənmə nişanları

Poqonlar

Ali hərbi rütbələrAli xüsusi rütbələr
General-leytenantƏdliyyə general-leytenantıPolis general-leytenantıGömrük xidməti general-leytenantıƏdliyyə general-leytenantıDaxili xidmət general-leytenantıFeldyeger xidməti general-leytenantı
Azərbaycan Ordusu və digər silahlı birləşmələrdəHərbi Hava QüvvələrindəDövlət Sərhəd XidmətindəDövlət Təhlükəsizliyi XidmətindəXarici Kəşfiyyat XidmətindəƏdliyyə və prokurorluq orqanlarındaDaxili işlər orqanlarındaGömrük orqanlarındaƏdliyyə və prokurorluq orqanlarındaFövqəladə hallar orqanlarındaFeldyeger rabitəsi orqanlarında

Rəhbər vəzifədə çalışan şəxslərin poqonları sünbül təsviri ilə haşiyələnir. Mərasim geyimlərində isə poqonların üzərinə qızılı rəngdə naxışlı örtük çəkilir.

Ali hərbi rütbələrAli xüsusi rütbələr
General-leytenantGömrük xidməti general-leytenantı
Azərbaycan Ordusu və digər silahlı birləşmələrin rəhbəri vəzifəsindəDövlət Sərhəd Xidmətinin rəisi vəzifəsindəDövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindəXarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsindəDövlət Gömrük Komitəsinin sədri vəzifəsində

Həmçinin bax

İstinadlar