General Həzi Aslanov (film, 1945)

General Həzi Aslanov
Janrbioqrafik
RejissorNiyazi Bədəlov
Ssenari müəllifiNiyazi Bədəlov
OperatorlarSeyfulla Bədəlov
Əlibala Ələkbərov
İstehsalçıBakı Kinostudiyası
Filmin növüqısametrajlı sənədli film
ÖlkələrSSRİ SSRİ
İl1945
Texniki məlumatlar1 hissə
280 metr
35 mm
Rəngağ-qara

Məzmun

Xüsusi buraxılışdır. Filmdə Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun dəfn mərasimi, xalqımızın bu igid sərkərdəyə olan dərin məhəbbət və ehtiramı öz əksini tapmışdır. Filmdə onun cənazəsinin təyyarə limanına gətirilməsi, Bakı Zabitlər Evində şəhər ictimaiyyətinin generalla son dəfə vidalaşması, dağüstü parkda dəfn prosesi, izdihamlı mitinq göstərilmişdir. Kinolentdə Həzi Aslanovun cəbhədə vuruşması anlarını canlandıran xronikadan da istifadə edilmişdir.

Filmin heyəti

Filmin üzərində işləyənlər

Rejissor: Niyazi Bədəlov
Ssenari müəllifi: Niyazi Bədəlov
Operator: Seyfulla Bədəlov, Əlibala Ələkbərov

Mənbə

  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90; 109-113.

Xarici keçidlər