Həmişəyaşıl murdarça

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçAxtarışa keç
Həmişəyaşıl murdarça
Elmi təsnifat
Aləm:
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Fabids
Triba:
Rhamneae
Növ:
Həmişəyaşıl murdarça
Beynəlxalq elmi adı

Həmişəyaşıl murdarça (lat. Rhamnus alaternus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü.

Təbii yayılmasımənbəni redaktə et

Aralıq dənizyanı ölkələrində, Balkanda və Kiçik Asiyada təbii halda yayılıb.

Botaniki təsvirimənbəni redaktə et

Hündürlüyü 3 m-ə çatan qollu-budaqlı həmişəyaşıl koldur. Zoğları qırmızımtıl və ya tünd-yaşıl rəngdədir. Yarpaqlarının uzunluğu 2-6 sm, eni 1-3 sm, üstdən tünd-yaşıl, altdan açıq-yaşıldır, yan damarları 3-4 cütdür. Çiçəkləri beş üzvlüdür, zəngvari, sarımtıl-yaşıl rəngli, ikievli, sadə və ya zəif şaxələnmiş qısa saplaqlı çiçək qrupunda yerləşir. Meyvəsi üç çəyirdəkli, az ətlidir, əvvəl qırmızı, yetişdikdə isə qara rəngli olur. Mart-aprel aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.

Ekologiyasımənbəni redaktə et

Rütubət sevən bitkidir. Soyuğa və küləyə davamlıdır.

Azərbaycanda yayılmasımənbəni redaktə et

Böyük və Kiçik Qafqaz və Kür-Araz ovalığında təbii halda rast gəlinir.

İstifadəsimənbəni redaktə et

Azərbaycanda yaşıllaşdırma məqsədilə park və bağlarda becərilir.

İstinadlarmənbəni redaktə et

Həmçinin baxmənbəni redaktə et

Naviqasiya menyusu