Həsən Dəmirov

Həsən Turan oğlu Dəmirov (1 dekabr 1994; Cəlilabad rayonu, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həsən Dəmirov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriMuğan, Cəlilabad, Azərbaycan
Vəfat tarixi (25 yaşında)
Vəfat yeriTərtər rayonu, Azərbaycan
Dəfn yeriMuğan, Cəlilabad, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
Rütbəsi Baş əsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Laçının azad olunmasına görə" medalı — 2020

Həyatı

Həsən Dəmirov 1994-cü il dekabrın 1-də Cəlilabad rayonunun Muğan kəndində anadan olub.[1]

Hərbi xidməti

Azərbaycan Ordusunun baş əsgəri olan Həsən Dəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsən Dəmirov sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunun Muğan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Dəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Dəmirov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar