Herfindal – Hirşman indeksi

Herfindal – Hirşman indeksi - Orris Herfindahl ve Albert Hirschman adlı iqtisatçılar tərəfindən irəli sürülmüş olan ve Herfindahl Endeksi (HHI) olaraq bilinən ölçü sistemi, hər hansı bir sektordakı rəqabət səviyyəsini müəyyən etməyə imkan verir.

Haqqında

İndeksin formulu çox sadədir. Bir sektorda mövcud olan olan firmaların bazar paylarının kvadratları toplanır. Və çıxan nəticəyə əsasən sektordakı rəqabət səviyyəsi müəyyənləşir.

  • HHI < 100 : Rəqabət səviyyəsi çox yüksəkdir
  • HHI < 1000 : Bazar rəqabətlidir
  • 1000 < HHI < 1800 : Bazar orta rəqabət səviyyəlidir
  • HHI > 1800 : Bazarda rəqabət zəifdir.
  • HHI = 10.000 : İnhisar bazarı

Nümunə

Bir bazarda payları sırasıyla %80, %15 ve %5 olan üç firma olduğunu zənn edək. HHI formuluna görə hər üç rəqəmin kvadratları cəmini tapaq.

6400 + 225 + 25 = 6650

Bu nəticəyə görə bu bazardakı rəqabət səviyəsinin zəif olduğunu rahatlıqla demək olar.

Həmçinin bax

İstinadlar