Hikmət Babaşov

Hikmət Firudin oğlu Babaşov (3 fevral 1977, Yeni Mil, Jdanov rayonu8 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Hikmət Babaşov
Şəxsi məlumatlar
Doğum tarixi3 fevral 1977(1977-02-03)
Doğum yeri
Vəfat tarixi8 noyabr 2020(2020-11-08) (43 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri1994–2020
Rütbəsi Kiçik çavuş
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Qubadlının azad edilməsi
Təltifləri"Azərbaycan Bayrağı" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020

Həyatı

Hikmət Babaşov 1977-ci il fevralın 3-də Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olmuşdur.[1] 1983–1994-cü ildə Beyləqan rayonu Milabad qəsəbə tam orta məktəbində təhsil almışdır.

Hərbi xidməti

Hikmət Babaşov 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət etmiş, mühəndis-istehkamçı kimi hərbi fəaliyyətinə davam etmişdir. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmiş və ağır yaralanmışdır.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Hikmət Babaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, FüzulininQubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Hikmət Babaşov noyabrın 8-də Qubadlının azad edilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[3]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Babaşov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[6]

Təltifləri

İstinadlar