II Aleksandr (Kaxeti çarı)

II Aleksandr (gürc. ალექსანდრე) — Baqrationilər sülaləsindən olan Kaketi çarı.[1] Kaxeti çarı Levanın və Tinatin Quriyelinin oğlu.

II Aleksandr
Şəxsi məlumatlar
Doğum tarixi1527
Doğum yeri
Vəfat tarixi12 mart 1605(1605-03-12)
Fəaliyyətimonarx
AiləsiBaqrationi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

II Aleksandr Qafqaz üzərində nəzarət uğrunda mübarizə aparan OsmanlıSəfəvi hökümətləri arasında siyasi manevr edərək ehtiyatlı siyasət yürütməyə və eyni zamanda Rusiya ilə ittifaq qurmağa çalışırdı.

II Aleksandr 1578-ci ildə Osmanlıların hakimiyyətini qəbul etdi. O, bu dövrdə ölkənin müdafiəsini gücləndirmək üçün bir sıra addımlar atdı. Həmçinin digər ölkələr ilə ticarət əlaqələrini genişləndirdi.

II Aleksandrın hakimiyyəti dövründə çətin xarici-siyasi vəziyyətə baxmayaraq, onun dövründə şəhərlər (xüsusilə Qremi və Zeqami şəhərləri) və əkinçilik inkişaf etdi. AvropaAsiya ölkələri ilə ticarət əlaqələri quruldu (ipək, şərab, qoz və ədviyyatın ixracına başlanıldı).

II Aleksandr 1587-ci ildə Rusiya ilə müttəfiqlik əlaqələri qurdu.[2]

1601-ci ilin oktyabrında II Aleksandr oğlu David tərəfindən hakimiyyətdən uzaqlaşdırıldı. Lakin bir il sonra, 2 oktyabr 1602-ci ildə David qəfildən öldü və II Aleksandr yenidən Kaxeti taxtına oturdu.

16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində Səfəvilər Osmanlıları Azərbaycandan və Qafqazdan çıxarmağa başladılar. 1603-cü ilin noyabrında Səfəvi qoşunları I Şah Abbasın başçılığı altında İrəvana yaxınlaşdı. Səfəvi şahı KartliKaxeti hökümdarlarını görüşə dəvət etdi. II Aleksandr uzun müddət görüşdən yayınsa da, 1604-cü ilin aprelində görüş baş tutdu. II Aleksandr 1605-ci ilə qədər I Şah Abbasın sarayında qaldı.

Kaxetiyə qayıdan II Aleksandr müttəfiqlik öhdəliklərinə yerinə yetirən rus ordusunun Osmanlının müttəfiqi Şamxalat valisinə qarşı yürüşə başladığını öyrəndi. Lakin Rusiyanın vəd etdiyi dəstəyi tam verməməsi II Aleksandrın narazılığına səbəb oldu.[3]

Bu dövrdə Səfəvilər və Osmanlılar arasında yeni qarşıdurmalar başlamışdı. II Aleksandr Səfəvilər ilə ittifaq qurdu və özünü I Şah Abbasın vassalı olaraq qəbul etdi. Kaxeti qoşunları Səfəvi ordusunun tərkibində Osmanlılara qarşı hərbi əməliyyatlarda, xüsusilə də İrəvan qalasının mühasirəsində iştirak etdilər.

II Aleksandr 12 mart 1605-ci ildə öldürüldü. Ondan sonra hakimiyyətə I Konstantin gəldi.[4]

Həmçinin bax

İstinadlar

Ədəbiyyat