Jak Sayabalyan

Jak və ya Cek Sayabalyan (Paylaq) (erm. Ժագ Սայապալեան (Փայլակ), d. iyun 1880ö. 1915) — Erməni əsilli Osmanlı jurnalisti, tərcüməçisi və Konyadakı Böyük Britaniya səfirinin müavini.

Jak Sayabalyan
erm. Ժագ Սայապալեան
TəxəllüsüPalyaq
Doğum tarixi
Doğum yeriKonya, Konya vilayəti, Osmanlı İmperiyası (İndiki Türkiyə)
Vəfat tarixi
Vəfat yeriAnkara, Osmanlı İmperiyası (indiki Türkiyə)
Vəfat səbəbierməni soyqırımı
MilliyyətiErməni
TəhsiliReteyos Berberyan Erməni məktəbi
Amerikan Kolleci
İxtisasıjurnalist, tərcüməçi
Fəaliyyətijurnalist, tərcüməçi, yazıçı
Əsərlərinin diliErməni
Üzvlüyü

Bioqrafiya

Jak Sayabalyan 1880-ci ilin iyun ayında Osmanlı İmperiyasının Konya vilayətində anadan olmuşdur.[1] Atası Konya qubernatoru idi.[2][3] Sayabalyan ibtidai təhsilini Konyadakı yerli bir məktəbdə tamamlamışdır.[4] 1896-cı ildə İstanbula gedərək "Reteyos Berberyan adına erməni məktəbi"nə daxil olmuşdur.[1][4] Sayabalyan təhsilini iki il ərzində İzmirdə yerləşən Amerikan Kollecində davam etdirmişdir.[1] 1904-cü ildə Amerikan Kollecində təhsilini tamamladıqdan sonra ingilis dilində səlis danışan Sayabalyan, Konyaya geri qayıdıb Britaniya səfirliyinin tərcüməçisi olmuşdur.[4] 5 il tərcüməçilik etdikdən sonra, Sayabalyan İstanbula geri qayıtmış və müxtəlif yerli ermənidilli qəzetləri və jurnalları üçün jurnalistlik etməyə başlamışdır.[1] Konyanı təmsil edən "Erməni Millət Məclisi"nin üzvü olmuşdur.[4] "Surhantaq" və "Massis" kimi yerli ermənidilli qəzetlərində işləmişdir. Sayabalyan "Massis" qəzetində işlədikdən sonra şeirlərini və hekayələrini qələm adı olan "V" ilə imzalayırdı.[1]

Ölümü

24 aprel 1915-ci il tarixində Jak Sayabalyan dostları ilə birlikdə İstanbuldakı evində həbs olunmuş və Çanqırıya deportasiya edilmişdir.[5] Oradakı həbsxanadan çıxarılmış və Ankarada öldürülmüşdür.[1][6][7]

Həmçinin Bax

İstinadlar