Kənan Ələkbərli

Kənan Müşfiq oğlu Ələkbərli (15 may 1996; Qızılhacılı, Goranboy, Azərbaycan — 11 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin Maxe hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]

Kənan Ələkbərli
Kənan Müşviq oğlu Ələkbərli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriQızılhacılı, Goranboy, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeriAğdərə, Azərbaycan
Vəfat səbəbiŞəhid
Dəfn yeriGoranboy
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Ağdərə döyüşləri
Təltifləri"Vətən uğrunda" medalı — 2020, "Laçının azad olunmasına görə" medalı — 2020, "Azərbaycan Bayrağı" ordeni — 2021

Həyatı

Kənan Ələkbərli 1996-cı ildə rayonun Qızılhacılı qəsəbəsində anadan olub.[3] Nişanlı idi.[4] Atası Müşfiq Ələkbərov Birinci Qarabağ Savaşının iştirakçılarından, əmisi Cabbar Ziyəddin oğlu Ələkbərov isə Birinci Qarabağ Savaşının Şəhidlərindəndir.[5]

Hərbi xidmətləri

Kənan Ələkbərli 2020-ci ilin sentyabrın 20-dən MAXEHQ kimi işləməyə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kənan Ələkbərli Ağdərə döyüşlərində savaşıb. 11 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində şəhid olub. Goranboy'da torpağa tapşırılıb.[6][7]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Ələkbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Ələkbərli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[9]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Ələkbərli ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[10]

Təltifləri

İstinadlar