Kənan Həsənov (əsgər)

Kənan Zirəddin oğlu Həsənov (1 yanvar 2001; Göygöl, Azərbaycan12 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Kənan Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriGöygöl, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeriFüzuli, Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
RütbəsiƏsgər
Təltifləri"Vətən uğrunda" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2020

Həyatı

Kənan Həsənov 1 yanvar 2001-ci ildə Göygöl rayonunun Şəhriyar kəndində anadan olmuşdur.[1] 2006-ci ildə Lətif Məhərrəmov adına Göygöl rayonu Şəhriyar kənd tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Subay idi.

Hərbi xidməti

2019-cu ilin iyul ayından "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Kənan Həsənov 12 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Təltifləri

İstinadlar