Kərim Məmmədov (gizir)

Kərim Namil oğlu Məmmədov (5 aprel 1989; Gəncə, Azərbaycan SSR2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Kərim Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriGəncə, Azərbaycan SSR
Vəfat tarixi (31 yaşında)
Vəfat yeriKəlbəcər rayonu, Azərbaycan
Dəfn yeriGəncə Şəhidlər Xiyabanı
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2007—2008 / 2012—2020
Rütbəsi Gizir
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020 "Hərbi xidmətlərə görə" medalı — 2020

Həyatı

Kərim Məmmədov 1989-cü il aprelin 5-də Gəncə şəhərində anadan olub.[1] 1995-2007-ci illərdə Gəncə şəhərində İ. Məmmədov adına liseydə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

Hərbi xidməti

Kərim Məmmədov 2007-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun giziri olan Kərim Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Kərim Məmmədov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Məmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Məmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar