Kamil Rəhimli

Kamil Vəli oğlu Rəhimli (19 aprel 1993, Yasamal rayonu27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.

Kamil Rəhimli
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (27 yaşında)
Vəfat yeriFüzuli rayonu, Azərbaycan
Dəfn yeriİkinci Fəxri Xiyaban
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2014-2020
RütbəsiBaş leytenant
Döyüşlər

2016-cı il aprel doyüşləri Füzuli

İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2020"Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "İgidliyə görə" medalı — 2020"Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Həyatı

Kamil Rəhimli 1993-cü il aprelin 19-da Bakı şəhəri Yasamal rayonunda anadan olmuşdu. Təhsilinə 175 saylı orta məktəbdə başlamış və sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbdə davam etmişdir. Məktəb illərində hərbiyə maraq göstərən Rəhimli Kamil, məktəb illəri dövründə hərbi yarışlarda iştirak etmiş və yüksək nailiyyətlər əldə etmişdir. Gənc vaxtlarından idmana çox böyük maraq göstərirdi və bunun əyani sübutu olaraq, seçilmiş zabitlərdən olmuşdur. Heydər Əliyəv adına hərbi akademiyanı bitirdikdən sonra xidmətə Füzuli rayonun N saylı hərbi hissəsində başlamışdır.2016-cı ildə aprel döyüşlərində belə iştirak etmişdir.[1]

Hərbi xidməti

Azərbaycan Ordusunun baş leytenantı olan Kamil Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamil Rəhimli sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Yasamal rayonunda II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Rəhimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[2]

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Kamil Rəhimli ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar