Kamran Əliyev (əsgər)

Kamran Rasim oğlu Əliyev (28 iyul 2001, Aşağı Nüvədi, Lənkəran rayonu12 oktyabr 2020, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Kamran Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi28 iyul 2001(2001-07-28)
Doğum yeri
Vəfat tarixi12 oktyabr 2020(2020-10-12) (19 yaşında)
Vəfat yeriAgdam
Vətəndaşlığı
AtasıƏliyev Rasim
AnasıAbbasova Elnarə
Hərbi fəaliyyəti
Rütbəsiəsgər
Döyüşlər

Xocavənd

Agdam
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020

Həyatı

28 iyul 2001-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində doğulub.[1]

Şəhid Kamran Əliyev yazıçı-dramaturq Əyyub Qiyasın əmisi nəvəsidir.

Hərbi xidməti

Kamran Əliyev 12 oktyabr 2020-ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar