Kamran Mirzəyev

Kamran Araz oğlu Mirzəyev (5 yanvar 1998, Qarğılı, Cəlilabad, Azərbaycan — 27 sentyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Kamran Mirzəyev
Kamran Araz oğlu Mirzəyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriQarğılı, Cəlilabad, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeriFüzuli, Azərbaycan
Vəfat səbəbiŞəhid
Dəfn yeriCəlilabad
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020, "Füzulinin azad olunmasına görə" medalı — 2020, "Döyüşdə fərqlənməyə görə" medalı — 2021

Həyatı

Kamran Mirzəyev 1996-cı il yanvarın 5-də Cəlilabad rayonu Qarğılı kəndində anadan olub.[2] 2013-cü ildə Rahib Rüstəmov adına Qarğılı kənd ümumi orta məktəbini bitirib. Kamran Mirzəyev 2016-cı ilin yanvar ayında əsgərliyə gedib, piyada-atıcı bölüyündə xidmət edib, nümunəvi xidmətinə görə Manqa komandiri seçilib. 2017-ci ildə Kamran hərbi xidmətini başa vuraraq evlərinə qayıdıb.[3]

Hərbi xidmətləri

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əlihüseyn Məmmədov Füzulinin azad edilməsində savaşıb. Kamran Mirzəyev Elşad oğlu 2020-ci il sentyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Cəlilabadda dəfn edilib.[4][5]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Mirzəyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Kamran Mirzəyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[8]

Təltifləri

İstinadlar