Kamran Tağıyev

Kamran Fikrət oğlu Tağıyev (27 sentyabr 2001, Maştağa, Azərbaycan — 31 oktyabr 2020;, Talış, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Kamran Tağıyev
Kamran Fikrət oğlu Tağıyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriMaştağa, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeriTalış, Azərbaycan
Vəfat səbəbiŞəhid
Dəfn yeriMaştağa
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
 • Talış döyüşləri
Təltifləri"Vətən uğrunda" medalı — 2020, "Suqovuşanın azad olunmasına görə" medalı — 2021, "Cəsur döyüşçü" medalı — 2021

Həyatı

Kamran Tağıyev 27 mart 2001-ci ildə Bakıda, Maştağa qəsəbəsində dünyaya gəlib.[2][3] 2008-ci il tarixində Maştağa qəsəbədsi C.Nurməmmədov adına 108 saylı orta məktəbin 1-ci sinfinə daxil olub və 2017-ci il tarixində həmin məktəbin 9-cu sinfini bitirib. 2019-cu il tarixdə Vətənə xidmət üçün ordu sıralarına çağırılır. O, Goranboy rayonunun Ağca kəndində hərbi xidmətdə olur.[4]

Hərbi xidmətləri

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kamran Tağıyev Suqovuşan və Talış döyüşlərində savaşıb. 31 oktyabr 2020-ci ildə Tərtər rayonu, Talış kəndi istiqamətində hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olub. Sabunçu rayonu Maştağa qəsəbəsində şəhidlər xiyabanında dəfn olunmuşdur.[5]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Tağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Tağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[8]

Təltifləri

İstinadlar