Kokand 1912 FK

Kokand 1912 FK (özb. Қўқон 1912 футбол клуби) — Özbəkistanın Kokand şəhərini təmsil edən Özbəkistanın peşəkar futbol klubudur. Klub hal-hazırda Özbəkistan Liqasında mübarizə aparır.

Kokand 1912 FK
Loqonun şəkli
Klubun tam adıQo'qon 1912 futbol klubi
ÖlkəÖzbəkistan Özbəkistan
Yaranma tarixi1912
StadionuKokand stadionu, Özbəkistan
Tutumu10500
Baş məşqçisiÖzbəkistan Murod İsmoyilov
LiqaÖzbəkistan Liqası
201911.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Kokand 1912 FK klubu Özbəkistanın qədim futbol klublarından biri hesab olunur. Klub 1912-ci ildə təsis edilmişdir. Qo'qon 1912 klubu ilk mövsümünə 1992-ci ildə Özbəkistan Liqasında başlamışdır. Həmin ildə klub liqada 6-cı yeri tutmuşdur. Həmin ildə klub adını Temiryol,i Qo'qon olaraq dəyişdirmişdir. İlk dəfə iştirak etdikləri Özbəkistan Kubokunda 1992-ci ildə finala vəsiqə qazanmışdılar. 25 oktyabr 1992-ci ildə Səmərqənddə baş tutan final görüşündə Navbahor Namanqan FK klubu ilə üz-üzə gələn klub əsas vaxtda heç-heçə etdilər. Penalti seriyasında isə rəqibinə 5:6 hesabı ilə məğlub oldular.

1994-cu il mövsümündə klub Özbəkistan liqasını 5-ci pillədə başa vurdular. Bu nəticə klub tarixinin ən yüksək nəticəsi hesab olunur. Sonuncu dəfə klub Özbəkistan Liqasında 2003-cü ildə mübarizə aparmışdır. Kokand 1912 FK klubu əsas Özbəkistan Liqasında 9 mövsüm mübarizə aparmışdır. 2009-cu ildə klub Özbəkistan Birinci Liqasının qalibi olmuşdur.[1] Amma onlar Özbəkistan Liqasına vəsiqə qazana bilməmişlər. Bunun da səbəbi 2010-cu il mövsümündə Top Liqada iştirak edən komandaların sayının 16-dan 14-ə endirilməsi olmuşdur.[2]

Andijan FK klubunun mövsümü ikinci yerdə başa vurduğu 2013-ci il mövsümündə klub liqada 3-cü yeri tutdular. 30 aprel 2014-cü ildə klubun keçmiş futbolçusu Rüstəm Abdullayev yeni kluba baş məşqçi təyin olundu. Rüstəm Abdullayev klub tarixində bir mövsümdə ən çox qol vuran (18 qol) oyunçu hesab olunur. Kokand 1912 FK klubu 2014-cü il mövsümünü Şurtan Quzar FK klubundan sonra ikinci yerdə başa vurdu. Klub 2015-ci ildə yenidən Özbəkistan Liqasına vəsiqə qazandı.

Adının dəyişilmə tarixi

Bir neçə dəfə klubu adını dəyişib.

  • 1987: Mehnat
  • 1988—1991: Avtomobilist
  • 1992—2001: Temiryolçu Qo'qon
  • 2002—2008: Qo'qon
  • 2009—2012: Bunyodkor Qo'qon 1912
  • 2012: Qo'qon 1912 (Kokand 1912)

Liqa tarixi


İlDiviziyaMövqeKubok
20042
2005Liqa 113-cü –
200618-ci FR
2007Liqa 2 –
2008Liqa 14-cü –
20091-ci3SR
2010–11Liqa 2 –
2012Liqa 19-cu –
20133-cüR16
20142-ci R16
2015ÖzL12-ciR16

1. ^ 1999-cu ildə Özbəkistan Kuboku keçirilməyib.
2. ^ Klub Liqa ilə əlaqədar ödəniş xidmətləri haqqını illik ödənişini ödəmədiyi üçün iştirakı dayandırılıb.
3. ^ Klub Özbəkistan Liqasına vəsiqə qazanmayıb. Səbəb liqada iştirak edən klublarının sayının 14-ə azaldılması olmuşdur.

Klubun bombardirləri

Klubun tarixi boyunca ən çox qol vuran oyunçuları aşağıdakılardır:

İlBombardirQol
1992Rüstam Abdullayev18 (10)
1993Oydinbek Aliyev12 (4)
2014Otabek Xaydarov25
2015Nosirbek Otakuziyev9

Hal-hazırkı heyəti

14 mart 2015-ci il məlumatlarına əsasən.[3]

NömrəÖlkəMövqeyiFutbolçu
3 DFXasanboy Erqaşev
4 DFKaxramon Muxammaconov
5 MFCalil Kimsanov
7 MFİzzat Qaniyev
8 MFNodir Kuziboyev
9 FWNosirbek Otakuziyev
10 MFKuvondik Ruziyev
11 FWDoniyor Usmanov
12 GKAziz Aşurov
14 DFAvaz Mamatxoyayev
16 GKAndrey Baklanov (c)
17 FWAziz Tuxtaboyev
18 MFSardor Eminov
NömrəÖlkəMövqeyiFutbolçu
19 FWVladimir Arqun
20 DFXurşid Muxtarov
22 MFOrif Mamaconov
23 MFFurkat Xasanboyev
24 DFİlya İlyin
27 DFŞoxrux Xolmatov
28 DFAleksey Nikolayev
29 MFİqor Qolban
87 GKRuslan Matniyozov
DFRavşan Xaydarov
DFMaruf Zokirconov
MFBaxodir Akramov
MFLaziz Nazirov

Uğurları

  • Özbəkistan Liqası 5-ci yer:
    • 1994
  • Özbəkistan Birinci Liqası (3):
    • 1997, 2001, 2009
  • Özbəkistan Birinci Liqası ikinci (1):
    • 2014
  • Özbəkistan Kuboku ikinci:
    • 1992

Baş məşqçilər

  • Toxir Kapadze (2013–14)
  • Rüstəm Abdullayev (2014– Noyabr 2015)
  • Vadim Şodimatov (aralıq) (Noyabr 2015– Dekabr 2015)
  • Murod İsmoyilov (Dekabr 2015-)

İstinadlar

Xarici keçidlər