Kral məscidi (Konstansa)

Kral məscidi (rum. Geamia Regelui, türk. Kral camisi), I Karol məscidi (rum. Moscheea Carol I) və ya Böyük Konstansa məscidi (rum. Marea Moschee din Constanța) — Rumıniyanın Konstansa şəhərində yerləşən məscid.

İslam
Kral məscidi
Marea Moschee din Constanța
Kontstansa Kral məscidi
Kontstansa Kral məscidi
Yerləşməsi
Ölkə
YeriKontstansa, Rumıniya
Memarlıq
İnşa tarixi1910 – 1912
MemarıViktor Ştefanescu
Minarələrin sayı1
Minarələrin hündürlüyü45 metr[1]
Günbəzlərin sayı1
Tutumu100
Vəziyyətifəaliyyət göstərir
Kral məscidi xəritədə
Kral məscidi
Kral məscidi
Saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Keçmişi, Osmanlı sultanlarından biri olan II Mahmudun əmri ilə 1823-ci ildə Müqəddəs Mehmet Paşa tərəfindən tiktirilmiş olan Mahmudiye Məscidindən ilhamlanmışdır. 1910-ci ildə Rumıniya Kralı I Karol, Birinci Dünya Müharibəsində Rumıniya üçün döyüşən müsəlman anadolu türklərininKrım tatarlarının sədaqətini mükafatlandırmaq üçün tikilən məscid, Mahmudiye Məscidinin təməllər üzərinə 1910-ci ildə tikintisi başlamış, 1912-ci ildə isə bitmişdir[3][4]. Yenidən xidmətə açıldıqdan sonra məscidi kralın tikdirməsi səbəbiylə Kral məscidi adı verilən məscidin memarı Viktor Ştefanescu adlı bir rumın idi.

Memarlıq quruluşu

Rumıniyanın ilk dəmir-beton binası olan tarixi məscidin minarəsinin uzunluğu 45 metrdir. Tutumu 100 nəfərdir.

Tarixi Kral məscidi, Konstansanı ziyarət edən turistlərin ən çox maraq göstərdiyi məkanlar arasında iştirak edir. Bu tarixi tikilini ziyarət edənlər eyni vaxtda məscid içərisindəki 200 illik ən böyük tarixi xalçanı da görmə fürsətini tapır. Sultan II Əbdülhəmid tərəfindən hədiyyə edilən 144 kvadrat metrlik və 483 kq ağırlığındakı xalça ziyarətçilərin böyük marağı ilə qarşılaşır.[5]

Qalereya

Xarici Keçidlər

İstinadlar