Kuklalar (film, 2009)

Kuklalar — Rejissor Çingiz Rəsulzadənin filmi.[1]

Kuklalar
Fayl:Kuklalar (film, 2010).jpg
JanrDram
RejissorÇingiz Rəsulzadə
Ssenari müəllifləriÇingiz Rəsulzadə, Ramiz Fətəliyev
Baş rollardaMehriban Xanlarova
Abbas Qəhrəmanov
Nübar Novruzova
Xalidə Quliyeva
OperatorYuri Varnovski
RəssamRövşən Mehdiyev
İstehsalçıSınaq Film Prodüser Mərkəzi
İlk baxış tarixi2009
Filmin növütammetrajlı bədii film
ÖlkələrAzərbaycan Azərbaycan
DilAzərbaycan dili
İl2009
Texniki məlumatlar35 mm
Rəngrəngli
Çəkiliş yeriBakı
Bakı, Milli Dənizkənarı Park
Sumqayıt
Zaqatala

Məzmun

Filmdə hadisələr 80-ci illərin sonları 90-cı illərin əvvəllərində Bakıda cərəyan edir. SSRİ-nin son günlərində dənizkənarı parkda kukla işləyən altı gənc dost yetişkin həyata ilk addımlarını atır. Daha sonra basqınla üzləşən canlı kuklalar seçim arasında qalırlar. Həmin gənclərin bir qismi müharibədə savaşmağa, digər qismi isə öz əvvəlki peşələri ilə məşğul olmağa üstünlük verirlər.

Film haqqında

  • Filmin orijinal ssenarisi üzərində iş 2005-ci ildə başlayıb və 2 ildən sonra tamamlanmış variant Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub. Film 2007-ci ildə istehsalata buraxılıb. 2007-ci ilin oktyabr ayından çəkilişlər başlanmışdır.
  • Filmdə əsas rolları orta məktəb şagirdi və tələbə olan 6 gənc oynayır. Bu altı gənci seçmək isə asan olmamışdır. Onlar 500-ə yaxın namizəd arasından seçilmişlər.
  • Filmin çəkiliş texnikası İrandan gətirilmişdir.
  • 1980-1990-cı illərin Bakısını bərpa etmək üçün kompüter qrafikasından istifadə edilib.
  • Mikki obrazının ifaçısı aktyor Qorqud Cəfərin kinoda ilk işidir.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi: Çingiz Rəsulzadə, Ramiz Fətəliyev
Quruluşçu rejissor: Çingiz Rəsulzadə (Çingiz Rasulzadə kimi)
Quruluşçu operator: Yuri Varnovski
Quruluşçu rəssam: Rövşən Mehdiyev
Bəstəkar: İsa Məlikov
Rejissor: Elman Şeydayev
Geyim rəssamı: Şahin Həsənli (rəssam)
Montaj edən: Elşad Rəhimov
İcraçı prodüser: Heydər Dadaşov
Prodüser: Tofiq Musayev
Rejissor assistenti: Elbrus Ələkbərov, Pərviz Həsənov, Xədicə Qarayeva,
Səs rejissoru: Teymur Kərimov
Səs operatoru: Eldar Şahverdiyev
Geyim rəssamı assistenti: Safura Manafova (Həsənli), Xalidə Ağacanlı

Rollarda

Mehriban Xanlarova
Abbas Qəhrəmanov
Nübar Novruzova
Xalidə Quliyeva

[Cəminə Ağayeva

Vahid Əliyev — erməni fotoqraf Jora
Şəlalə Şahvələdqızı
Cavid Quliyev — Buratino
Ağa Bədəlov — Martışa
Emil Zöhrabov — Balu
İsgəndər Ağagülov — Tom
Yevgeni Qəhrəmanov — Canavar
Qorqud Cəfərli — Mikki

İstinadlar

Mənbə

  • "Kuklalar" filmi haqqında //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 9.
  • Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
  • Bürcəliyeva, Ş. Bəxtsiz "Kuklalar": [Rejissor Natiq Rəsulovun eyni adlı filmi haqqında] //Mədəniyyət.- 2010.- 23 iyun.- S. 10.

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı

Xarici keçid