Ləmbəlidə partlayış

Ləmbəlidə partlayış — 4 sentyabr 1994-cü ildə[1] Ermənistanın şimalında, Tavuş mərzinin Ləmbəli kənd bazarında baş vermiş partlayış. Partlayış nəticəsində 14 nəfər (iki hücumçu da daxil olmaqla) həlak olmuş və 46 nəfər yaralanmışdır.[2] Buna baxmayaraq, ilkin məlumatlarda 10 nəfərin həlak olması və 26 nəfərin yaralanması qeyd edilmişdir.[1][3][4][5]

Ləmbəlidə partlayış
Ümumi məlumatlar
Yeri
Tarix4 sentyabr 1994
Ölü sayı
  • 14
Yaralı sayı
  • 46

Ləmbəli kəndi Gürcüstan–Ermənistan sərhədində, Azərbaycandan çox da uzaq olmayan böyük kənddir. 10,000 azərbaycanlının yaşadığı Sadaxlı kəndi Gürcüstanla sərhəddə yerləşir. 1990-cı illərdə Sovet İttifaqının dağılmasından sonra ərazi "xüsusilə qara bazarda yanacaqla məşğul olan mafioz dəstələrin mərkəzi"nə çevrilmişdi.[2] Azərbaycan və Ermənistan Birinci Qarabağ müharibəsində qanlı münaqişəyə cəlb olunmuşdular.

Partlayışı Bakıdan olan İmran Hüseynov və Gürcüstanın Marneuli bələdiyyəsinin Bula kəndindən Türkmən Cəfərov törətmişdilər. Hər ikisi etnik azərbaycanlı idi.[1]

Yerli rəsmilərin dediyinə görə, "partlayıcı qurğu kodlu çantada yerləşdirilmişdir". Partlayış geniş ərazini əhatə etmişdir.[2]

İstinadlar