Luçan Burdujan

Luçan Burdujan[1] (rum. Lucian Burdujan; 18 fevral 1984, Pyatra-Nyamts, Rumıniya) — Rumıniya futbolçusu, Ukraynanın Tavriya klubunun hücumçusu.

Luçan Burdujan
rum. Lucian Burdujan
Ümumi məlumatlar
Doğum tarixi (40 yaş)
Doğum yeriPyatra-Nyamts, Rumıniya
VətəndaşlığıRumıniya Rumıniya
Boyu181 sm
Çəkisi75 kq
Mövqeyihücumçu
Klub haqqında məlumat
KlubUkrayna Tavriya Simferopol
Nömrəsi84
Karyerası
Klub karyerası[* 1]
2002—2004Rumıniya Çaxleul Pyatra-Nyamts43 (8)
2004—2008Rumıniya Rapid Buxarest69 (18)
2008—2011Rumıniya Vasluy54 (10)
2011Rumıniya Styaua Buxarest5 (1)
2011—2013Ukrayna Çernomorets Odessa50 (11)
2013—h.h.Ukrayna Tavriya Simferopol3 (1)
Milli yığma[* 2]
2003—2005Rumıniya Rumıniya (21 yaşlılar)13 (1)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

18 fevral 1985-ci ildə anadan olub.

Karyera

Peşəkar karyerasını Çaxlaulda başlayan rumıniyalı 17 yaşında peyda olduğu klubda 2 mövsüm keçirir. 2002/2003 və 2003/2004 mövsümlərində 43 oyuna 8 qol vuran yeniyetmə Rumıniya gənclər yığmasına dəvət alır. Bu komandada 13 görüşə 1 qol vuran istedadı Rumıniyanın aparıcı komandalarından olan Rapid Buxarest sıralarına qatır. 2004-2008-ci illərdə bu komanda ilə iki ölkə kuboku, iki Superkubok və çempionatın bürünc medalını qazanan Burduyan 91 oyuna 2-si avrokuboklarda olmaqla, 22 qol vurur.

2008-ci ilin yayında Vasluy klubuna keçən hücumçunun yeni komandasında debütü Bakıda rəsmiləşir. UEFA İntertoto Kubokunun Neftçi Bakı ilə ilk matçında 70 dəqiqə meydanda olan futbolçu cavab qarşılaşmasının 30-cu dəqiqəsində bakılıların müqavimətini qıran qolun müəllifi olur. Ümumilikdə, o Vasluyda 54 matçda 10 dəfə fərqlənib.

İstinadlar

Mənbə

Həmçinin bax