Müşfiqabad

MüşfiqabadAzərbaycan Respublikasında qəsəbə, Abşeron yarımadasında, Bakı şəhərinin Qaradağ rayonununda yerləşir.

Müşfiqabad
40°27′58″ şm. e. 49°37′36″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Müşfiqabad xəritədə
Müşfiqabad
Müşfiqabad

Tarixi

Müşfiqabad qəsəbəsi Yeni Baki Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınmışıdr.[1] 1984-cü ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilmiş, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilmiş və 1988-ci il 20 apreldən Azərbaycan Respublikası Ali sovetinin 1096-XI saylı fərmanı ilə yeni şəhər tipli qəsəbə yaradılmış və xalq şairi Mikayıl Müşfiqin şərəfinə Müşfiqabad qəsəbəsi adlandırılmışdır.[1][2]

Coğrafiyası və iqlimi

Müşfiqabad qəsəbəsini əhatə edən Müşfiqabad bələdiyyəsinin ərazisi 58.878 km²-dir.[3]

Əhalisi

1 yanvar 2019-cu il tarixinə olan rəsmi məlumata əsasən qəsəbə əhalisinin sayı 9.6 min nəfərdir.[4]

Mədəniyyət

Qəsəbədə 1987–ci ildə inşa edilmiş "Müşfiqabad Qəsəbə Mədəniyyət Evi" fəaliyyət göstərir.[5] Ümumi sahəsi 2850 kvadratmetr olan binanın birinci mərtəbəsində 224 nəfərlik tamaşa zalı, işıqlandırma və idarəetmə sistemi, yaradıcılıq üçün ayrılmış müxtəlif otaqlar, həmçinin Qaradağ Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı (Müşfiqabad qəsəbə kütləvi kitabxanası) fəaliyyət göstərir.[5] Hazırda bu kitabxana 13302 nüsxə kitab fonduna, 1488 nəfər oxucu sayına, 11990 nüsxə kitab saxlancına malikdir.[5] Binanın ikinci mərtəbəsində isə 110 nəfərlik konfrans zalı və texniki avadanlıqlar, internet şəbəkəsi üçün ayrılmış bir sıra başqa otaqlar yerləşir.[5]

Din

Qəsəbədə Müşfiqabad qəsəbə məscidi dini icması Sigist dir fəaliyyət göstərir[6].

İstinadlar