Məstan Günər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçAxtarışa keç
Məstan Günər
Əliyev Məstan Rəsul oğlu
Doğum adıMəstan Rəsul oğlu Əliyev
TəxəllüsləriGünər, Məsum, Dəmirçioğlu
Doğum tarixi
Doğum yeriƏsrik Cırdaxan, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeriƏsrik Cırdaxan, Tovuz rayonu, Azərbaycan
Vəfat səbəbibilinmir
VətəndaşlığıSSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyətiazərbaycanlı
Həyat yoldaşıƏliyeva Minarə
UşaqlarıNilufər Əliyeva və Şəhanə Əliyeva
AtasıƏliyev Rəsul
AnasıƏliyeva Telxanım
TəhsiliAPİ
Fəaliyyətişair
Əsərlərinin diliAzərbaycan, Çex, Rus və Özbək
MükafatlarıAzərbaycan SSR Dövlət mükafatı — 1980 Azərbaycan LKGİ mükafatı — 1976

Məstan Günər (tam adı: Əliyev Məstan Rəsul oğlu) — şair, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü (1976), Azərbaycan komsomolu mükafatı laureatı (1976), Azərbaycan Dövlət mükafatı laureatı (1980).

Həyatımənbəni redaktə et

Məstan Günər 1935-ci il iyulun 25-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olmuşdur.

Tovuz şəhərində orta məktəbi bitirdikdən sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1953-1957).

İlk şerləri "Sosializm kəndi" rayon qəzetində dərc olunmuşdur. Lakin respublika mətbuatına 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirdiyi "İsti köynək", "Körpü" şerləri ilə çıxmışdır. Həmin vaxtdan ciddi bədii yaradıcılığa başlamışdır. Publisistik və tənqidi məqalələrlə də çıxış edir. Onun ilk qələm təcrübələri, bir sıra lirik şerləri "Məstan Dəmirçioğlu", "Məstan Əsrikli", "Məstan Məsum" təxəllüsü ilə çap edilmişdir. İlk kitabları "Qartal", "Məsum Əliyev", "Məstan Əliyev", "Məstan" imzaları ilə dərc olunmuşdur. Son üç kitabı "Məstan Günər" təxəllüsü ilə nəşr edilmişdir.

Əmək fəaliyyətinə jurnalist kimi başlamışdır. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, redaktor, şöbə müdiri, baş redaktor olmuşdur. Sonra "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, "Gənclik" nəşriyyatında böyük redaktor, baş redaktor müavini vəzifələrində işləmişdir. Bir müddət Azərinformun müxbiri olmuşdur.

O,Tovuz rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifəsində də çalışıb. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvüdür. Jurnalistik fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir (1970).

2010-cu ildə dünyasını dəyişmişdir.

Əsərlərimənbəni redaktə et

  1. Qartal. Bakı: Uşaqgəncnəşr, 1960, 50 səh.
  2. İlk görüş. Bakı: Azərnəşr, 1969, 92 səh.
  3. Çəmən qızı. Bakı: Gənclik, 1970, 102 səh.
  4. Nərgizim. Bakı: Gənclik, 1971, 203 səh.
  5. Addımlar, addımlar. Bakı: Gənclik, 1973, 232 səh.
  6. Nəğməli qovaq. Bakı: Gənclik, 1974, 167 səh.
  7. Obalardan əsən yellər. Bakı: Gənclik, 1977, 190 səh.
  8. Çalğıçı quşlar. Bakı: Gənclik, 1978, 319 səh.
  9. Bir könüldən min könülə. Bakı: Yazıçı, 1981, 226 səh.
  10. Günərli şerlər. Bakı: Gənclik, 1981, 156 səh.
  11. Mən bir durna qatarında. Bakı: Gənclik, 1983, 296 səh.
  12. Gülə bəndəm. Bakı: Yazıçı, 1987, 229 səh.
  13. Günaylı şerlər. Bakı: Gənclik, 1988, 126 səh.
  14. Qoşmalar. Bakı: Ağrıdağ, 2000, 370 səh.
  15. Seçilmiş əsərlər (iki cilddə). I cild. Bakı: Yeni nəşrlər evi, 2003, 436 səh.
  16. Seçilmiş əsərlər (iki cilddə). II cild. Bakı: Yeni nəşrlər evi, 2003, 432 səh.

Xatirəsimənbəni redaktə et

Azərbaycan televiziyası tərəfindən Məstan Günərin həyat və yaradıcılığından bəhs edən Aylı vadinin şairi qısametrajlı sənədli televiziya filmi istehsal edilmişdir.

Naviqasiya menyusu