Maarif Məmmədov (baş gizir)

Maarif Məmməd oğlu Məmmədov (28 fevral 1986; Beyləqan rayonu, Azərbaycan SSR8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Maarif Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriTəzəkənd, Beyləqan, AzSSR
Vəfat tarixi (34 yaşında)
Vəfat yeriAğdərə, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
Rütbəsi Baş gizir
Döyüşlərİkinci Qarabağ müharibəsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı

Maarif Məmmədov 1986-cı il fevralın 28-də anadan olub.[1]

Hərbi xidməti

Azərbaycan Ordusunun baş giziri olan Maarif Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Maarif Məmmədov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Maarif Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Maarif Məmmədov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar