Mahmud Namazov

Mahmud Ələsgər oğlu Namazov (1 mart 1992; Ağstafa rayonu, Azərbaycan15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Mahmud Namazov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriKəsəmən, Ağstafa, Azərbaycan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeriFüzuli rayonu, Azərbaycan
Dəfn yeriKəsəmən, Ağstafa, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
Rütbəsi Kiçik çavuş
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Döyüşdə fərqlənməyə görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı

Mahmud Namazov 1992-ci il martın 1-də Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olub.[1] Ailəli idi. Bir qızı yadigar qaldı. Onun bibisi oğlu — 2018-ci ilin Günnüt əməliyyatı zamanı şəhid olan əsgər Adil Tatarovdur.

Hərbi xidməti

Azərbaycan Ordusunun kiçik çavuşu olan Mahmud Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mahmud Namazov oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahmud Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahmud Namazov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahmud Namazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar