Mehdi Məhərrəmov

Birinci Qarabağ müharibəsi şəhidi

Mehdi Məhərrəmov (26 iyun 1973, Daşkənd, Vardenis rayonu5 fevral 1993, Ağdərə rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, itkin.[1]

Mehdi Məhərrəmov
Mehdi Əmirхan оğlu Məhərrəmov
Şəxsi məlumatlar
Doğum tarixi26 iyun 1973(1973-06-26)
Doğum yeri
Vəfat tarixi5 fevral 1993(1993-02-05) (19 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
AtasıMolla Əmirxan[d]
Təhsili
  • Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbi[d]
Hərbi fəaliyyəti
Rütbəsiəsgər
Döyüşlər

Həyatı

Mehdi Məhərrəmov 26 iyun 1973-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur.[2] 1980-ci ildə Basarkeçər rayonu Daşkənd kənd orta məktəbinin I sinfinə getmişdir.

1988-ci ildə azərbaycanlıların Ermənistandan köçürülməsi zamanı ailəsi ilə birlikdə doğulduğu kənddən məcburən köçməli olmuş, Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşmışdır.

Mehdi Məhərrəmov 1990-cı ildə Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir. Orta məktəbdə oxuduğu illərdə atası Molla Əmirxandan dini təhsil də almışdır.[3]

11 mart 1992-ci ildə Bərdə RHK tərəfindən hərbi xidmətə çağrılmış, Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olmuş, Ağdərə rayonunda gedən döyüş əməliyyatlarında N saylı hərbi hissənin bacarıqlı rabitəçisi və atıcısı kimi xidmət göstərmişdir.[4]

5 fevral 1993-cü ildə Ağdərə rayonunun Çıldıran kəndində gedən döyüşlər zamanı itkin düşmüşdür.[5] Məzarının yeri məlum deyil. Ona Bərdə rayon Xalq Məhkəməsi tərəfindən şəhid adı verilmişdir.

Ailəsi

Subay idi. Şair Həsən Xəyallının nəvəsi, din xadimi Molla Əmirxanın oğlu, şair-zabit Əli Məhərrəmovun qardaşıdır.

Xatirəsi

EL TV "Əsgər" verilişinin 2018-ci il tarixli "Şəhidlər" rubrikasında Mehdi Məhərrəmovun həyatı və döyüş yolu haqqında sənədli film yayımlamışdır.

24 iyun 2023-cü ildə 50 illik yubileyi qeyd olunmuş, haqqında "Göyçədən başlanan şəhidlik yolu" adlı kitab yazılmışdır.

İstinadlar

Mənbə