Musa xan (Elxani)

elxani hökmdarı

Sultan Musa xan (? - ö. 1337) — Elxanilər dövlətinin 11-ci hökmdarı (1336-1337).

Musa xan
15 may 1336 – 26 iyul 1336
ƏvvəlkiArpa xan
SonrakıMəhəmməd xan
Şəxsi məlumatlar
Doğum tarixiXIV əsr
Vəfat tarixi
Vəfat yeriQara Dərə
AtasıQıpçaqoğul
AiləsiÇingizlilər

Həyatı

Sultan Musa xan atası Baydu xanın oğlu Qıpçaqoğul idi.

Hakimiyyəti

1335-ci ildə Əmir Əli Padşah Oyrot Ucana gəldi və Arpa xanı devirərək Musa xanı padşah elan etdi. Musa xanın hakimiyyət dövrü də uzun sürmədi. O, cəmi bir neçə ay hakimiyyət başında oldu. Musa xanın hakimiyyətdə yalnız adı var idi. Dövlətin bütün işləri əmir Əli padşahın əlində cəmlənmişdi. O, dövlət işlərinə heç kimin qarışmasına yol vermirdi. Buna görə də əmirlər ona nifrət edirdilər. İlk günlərdən ölkənin müxtəlif yerlərində narazılıq baş verirdi. Çox keçmədən Diyarbəkirdə əmir Hacı Toğay Sutaylı Oyrat tayfasına və Əmir Əli padşaha qarşı çıxır. 1336-ci ilin iyul ayında Marağa vilayətində əmir Şeyx Həsən noyon Cəlayır ilə xorasanlılar və onlarla ittifaq bağlamış Musa xan arasında vuruşma olur. Şeyx Həsən qalib gəlir, Musa xan isə öldürülür. Yerinə Məhəmməd xan gətirilir.[1]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər