Mustafa Hüseynov (kiçik çavuş)

Mustafa Ələddin oğlu Hüseynov (1 oktyabr 1996; Tovuz rayonu, Azərbaycan27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Mustafa Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriQonaqlı, Tovuz, Azərbaycan
Vəfat tarixi (23 yaşında)
Vəfat yeriKəlbəcər rayonu, Azərbaycan
Dəfn yeriQonaqlı, Tovuz, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2014—2016 / 2020
Rütbəsi Kiçik çavuş
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020

Həyatı

Mustafa Hüseynov 1996-cı il oktyabrın 1-də Tovuz rayonunun Qonaqlı kəndində anadan olub.[1] 2003-2014-cü illərdə Qonaqlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Hərbi xidməti

Mustafa Hüseynov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Mustafa Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Mustafa Hüseynov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 15.12.2020-ci il tarixində Tovuz rayonunun Qonaqlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mustafa Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mustafa Hüseynov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar