Nadir Xəlilov

Nadir Ağadadaş oğlu Xəlilov (3 noyabr 1984, Artupa, Astara rayonu30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Nadir Xəlilov
Şəxsi məlumatlar
Doğum tarixi3 noyabr 1984(1984-11-03)
Doğum yeriArtupa, Astara rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi30 sentyabr 2020(2020-09-30) (35 yaşında)
Vəfat yeri
Dəfn yeriArtupa
Vətəndaşlığı
Həyat yoldaşıSevda Xəlilova
UşaqlarıAğadadaş, Nihad
AtasıAğadadaş Xəlilov
AnasıPakizə Əliyeva
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
Rütbəsi Gizir
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Həyatı

Nadir Xəlilov 1984-cü il noyabrın 3-də Astara rayonunun Artupa kəndində anadan olub.[1] Ailəli idi. Ağadadaş və Nihad adında 2 oğlu yadigar qaldı.

Hərbi xidməti

Azərbaycan Ordusunun giziri olan Nadir Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nadir Xəlilov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nadir Xəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Şəhid Nadir Xəlilova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.[4]

Təltifləri

İstinadlar