Nahid Mikayılov

Nahid Soqat oğlu Mikayılov (25 aprel 1982; Şilyan, Kürdəmir, Azərbaycan SSR1 noyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Nahid Mikayılov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriŞilyan, Kürdəmir, Azərbaycan SSR
Vəfat tarixi (38 yaşında)
Vəfat yeriAğdam rayonu, Azərbaycan
Dəfn yeriKürdəmir Şəhidlər Xiyabanı
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
Rütbəsi Baş gizir
Döyüşlərİkinci Qarabağ müharibəsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Ağdamın azad olunmasına görə" medalı — 2020 "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Həyatı

Nahid Mikayılov 1982-ci il aprelin 25-də Kürdəmir rayonunun Şilyan kəndində anadan olub.[1]

Hərbi xidməti

Azərbaycan Ordusunun baş giziri olan Nahid Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Nahid Mikayılov noyabrın 1-də Ağdam istiqamətində şəhid olub. Kürdəmir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Mikayılov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

İrsi və xatirəsi

  • 2021-ci ildə Kürdəmirdə Nahid Mikayılovun xatirəsinə tikilən bulağın açılışı olub.[4]

Təltifləri

İstinadlar