Nalbənd (Pəmbək)

Nalbənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonundakənd.[2]

kənd
Nalbənd
40°51′38″ şm. e. 44°09′10″ ş. u.
Ölkə Ermənistan
RegionPəmbək mahalı
RayonHamamlı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü1.650 m
Saat qurşağıUTC+4
Əhalisi
Əhalisi
  • 1.821 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Nalbənd xəritədə
Nalbənd
Nalbənd

Tarixi

Rayon mərkəzindən 11 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.

1930 - cu illərdə Leninakan adlı rayonun tabeliyində olmuşdur. Burada 30 - cu illərdə Nalbənd adlı dörd toponim olmuşdur. Nalbənd kəndi, Nalbəndqışlağı, Nalbənd vağzalı, Nalbənd dəmiryolu[4].

Toponim Azərbaycan dilində peşə mənasında işlənən nalbənd (nalçı, heyvanların ayağına nalvuran adam) sözü əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l. 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Şirakamut qoyulmuşdur. Şirakamut 1988-ci il dağıdıcı Spitak zəlzələsinin episentrində yerləşir. Zəlzələ kəndi yerlə bir eləyib, burada 300 nəfər həlak olub. İllər ötdükcə kənd nisbətən bərpa olunub, amma hələ də müvəqqəti yaşayış yerlərində qalırlar. Şirakamutda 40 ailə vaqon evlərdə yaşayır.[5]

Əhalisi

Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 25 nəfər azərbaycanlı yaşamışdır[6].

XX əsrin əvəllərində, 1905-1906-cı illərdə baş verən erməni-azərbaycanlı münaqişəsi nəticəsində onlar ermənilər tərəfindən sıxışdırılaraq deportasiyaolunmuşdur. İndi yalnız ermənilər yaşayır. Şirakamutun 1800 sakinindən 300 nəfəri daimi yaşayış üçün Rusiyaya köçüb. Sovet illərində burada 250 nəfərin çalışdığı tikiş fabriki fəaliyyət göstərib. Bu gün həmin fabrikdə cəmi 17 nəfərə yaxın adam işlə təmin olunub. Vaxtilə 230 nəfərin çalışdığı lift üçün ehtiyat hissələri hazırlayan zavod isə hazırda ümumiyyətlə işləmir.[5]

İllər üzrə əhalisinin sayı[7]:

İl18311897192619391959197019791989199320012004
Əhali1611030154518542118253124081872262823102626

Həmçinin bax

İstinadlar