Naxçıvanda əlavə parlament seçkiləri (2012)

Naxçıvanda əlavə parlament seçkiləri (2012) — 2012-ci ilin iyul ayında Naxçıvan Ali Məclisində boş qalan mandat üçün keçirilmiş əlavə parlament seçkiləri.

Naxçıvanda əlavə parlament seçkiləri
15 iyul 2012
Seçici fəallığı 63.60
Rəhbər İlham Əliyev
Partiya Yeni Azərbaycan Partiyası
Tutulan yerlər 0
Səslər 1 122
(27.69)

Zəmin

2010-cu il Naxçıvan Ali Məclisinə keçirilmiş seçkilər ilə formalaşmış Naxçıvan Ali Məclisinin 20 saylı Yarımca seçki dairəsi üzrə seçilmiş Yeni Azərbaycan Partiyası üzvü Allahverdi Ramiz oğlu Mirzəliyev 2012-ci il tarixində ölmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 17 may 2012-ci il tarixli sərəncamı ilə 20 saylı Yarımca seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə iyulun 15-nə əlavə seçkilər təyin edilmişdir.[1][2]

Namizədlər

20 saylı Yarımca seçki dairəsi üzrə Ali Məclisə deputatlığa 3 nəfər — 1 nəfəri Yeni Azərbaycan Partiyası üzvü, 2 nəfəri isə bitərəf siyasətçi namizəd olmuşdur. Onlar Naxçıvan Muxtar Respublikasə Yazıçılar Birliyinin sədri, bitərəf Asim Yediyar oğlu Əliyev, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, bitərəf Məmmədəli Həmzə oğlu Rəhimov və Babək Rayon Təhsil Şöbəsinin mühasibi, Yeni Azərbaycan Partiyasının üzvü Yusif Cəlil oğlu Kazımov idi.[3]

Seçki nəticələri







Səslərin siyasi partiyalara görə dağılışı  Bitərəf (72,31 %)  Yeni Azərbaycan Partiyası (27,69 %)








Mandatların siyasi partiyalara görə dağılışı  Bitərəf (100 %)

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 20 saylı Yarımca seçki dairəsi üzrə 15 iyul 2012-ci il tarixində keçirilmiş seçkilərin nəticələrinə dair həmin dairə seçki komissiyasından daxil olmuş protokolları, onlara əlavə edilmiş sənədlərlə birlikdə yoxlayıb Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı və "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununun 93.2-ci maddələrinə uyğun olaraq Ali Məclisə seçkilərin ümumi yekunları haqqında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunu və müvafiq Qərarını tərtib edərək dairə və məntəqə seçki komissiyalarının protokolları ilə birlikdə seçkilərin yekunlarının yoxlanılıb təsdiq edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə təqdim etmişdir.[2]

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin Qərarına əsasən 20 saylı Yarımca seçki dairəsi üzrə keçirilmiş seçkilərin yekunları təsdiq edildiyindən namizədlər arasında ən çox səs toplamış bitərəf Asim Yediyar oğlu Əliyev həmin seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş hesab olunmuşdur.[2]

Ümumi

Seçki qutusu sayı568
Seçici sayı6 437
Səslərin sayı4 094
Etibarlı səslərin sayı4 051
Seçici aktivliyi63.60%
Deputat sayı1

Partiyalar üzrə

Siyasi partiyaSədrTopladığı səsSəs faizi (%)Mandat sayısı
Yeni Azərbaycan Partiyasıİlham Əliyev1 12227.690
Bitərəf-2 92972.301
Cəmi4,051100,001

Dairə üzrə

PartiyaNamizədTopladığı səsSəs faizi (%)
Yeni Azərbaycan PartiyasıYusif Cəlil oğlu Kazımov1 12227.69
BitərəfMəmmdəli Həmzə oğlu Rəhimov44911.08
BitərəfAsim Yediyar oğlu Əliyev2 48061.29
Etibarlı səslərin sayı4 051100
Etibarsız səslərin sayı43-

Qeydlər

İstinadlar