Nazim Hacıyev (əsgər)

Nazim Feyruz oğlu Hacıyev (16 dekabr 1995; Şərədil, Şamaxı rayonu, Azərbaycan14 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Nazim Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriŞərədil, Şamaxı rayonu, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeriTərtər, Azərbaycan
Dəfn yeriŞərədil
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2014—2015; 2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
 • Ağdərə döyüşləri
Təltifləri"Vətən uğrunda" medalı — 2020

Həyatı

Nazim Hacıyev 1995-ci il dekabrın 16-da Şamaxı rayonunun Şərədil kəndində anadan olub.[1] 2002-2013-cü illərdə H.Həmidov adına Şərədil kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Hərbi xidməti

Nazim Hacıyev 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Nazim Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı AğdərəSuqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.

Nazim Hacıyev oktyabrın 14-də Madagizin azad edilməsi zamanı şəhid olub. Şamaxı rayonunun Şərədil kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Təltifləri

İstinadlar