Nicat Hacıyev

Nicat Cahangir oğlu Hacıyev (25 may 1989; Füzuli, Azərbaycan2 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi.

Nicat Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriFüzuli, Azərbaycan
Vəfat tarixi (31 yaşında)
Vəfat yeriCəbrayıl, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2007—2020
RütbəsiƏsgər
DöyüşlərAprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020"Xocavəndin azad olunmasına görə" medalı — 2020

Həyatı

Nicat Hacıyev 1989-cu il mayın 25-də Füzuli şəhərində anadan olub.[1] 1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin Füzuli şəhərini işğal eləməsindən sonra ailəsi ilə birgə Mingəçevir şəhərində yaşamağa başlayıb. 1996-2007-ci illərdə Mingəçevir şəhərində 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Nişanlı idi.

Hərbi xidməti

Nicat Hacıyev 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurandan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb.

Azərbaycan Ordusunun əsgəri olan Nicat Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı CəbrayılınFüzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Hacıyev oktyabrın 2-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Hacıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar