Nicat Nağıyev (əsgər, 2001)

Nicat İbrahim oğlu Nağıyev (7 sentyabr 2001; Qızılağac, Salyan rayonu, Azərbaycan30 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Nicat Nağıyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriQızılağac, Salyan rayonu, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeriKəlbəcər rayonu, Azərbaycan
Dəfn yeriQızılağac, Salyan rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Atasıİbrahim Nağıyev
Təhsiliorta
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2019—2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri"Vətən uğrunda" medalı — 2021 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2021

Həyatı

Nicat Nağıyev 7 sentyabr 2001-ci ildə Salyan rayonunun Qızılağac kəndində anadan olmuşdur.[1] Subay idi.

Hərbi xidməti

Nicat Nağıyev 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmət etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Nicat Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nicat Nağıyev 30 sentyabr 2020-ci ildə Kəlbəcər rayonunda yerləşən Murovdağ silsiləsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Cənazəsi həmin ilin 7 dekabr tarixində doğulduğu Salyan rayonunun Qızılağac kəndində dəfn edilmişdir.[2]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Nağıyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar