Novruz Həmzəyev

Novruz Bəkir oğlu Həmzəyev (21 mart 1992; İsmayıllı, Azərbaycan8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Novruz Həmzəyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriİsmayıllı, Azərbaycan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeriŞuşa rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
Rütbəsi Gizir
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Şuşanın azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı

Novruz Həmzəyev 1992-ci il martın 21-də İsmayıllı şəhərində anadan olub.[1]

Hərbi xidməti

Azərbaycan Ordusunun giziri olan Novruz Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Novruz Həmzəyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Novruz Həmzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Novruz Həmzəyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar