Nurlan Malikov

Nurlan Dünyamalı oğlu Malikov ({{DVTY}} şablonu boşdur ) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi

Nurlan Malikov
Nurlan Dünyamalı oğlu Malikov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriÖncəqala, Masallı rayonu, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeriZəngilan, Azərbaycan
Vəfat səbəbişəhid
Dəfn yeriMasallı
Dəfn tarixi31.12.2020
VətəndaşlığıAzərbaycan Azərbaycan
Milliyyətiazərbaycanlı
AtasıDünyamalı Malikov
AnasıRuqiyyə Malikova
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2014-2016 (2020)
RütbəsiƏsgər
Döyüşlər
Təltifləri"Vətən uğrunda" medalı "Qubadlının azad olunmasına görə" medalı "İgidliyə görə" medalı

Həyatı

Nurlan Malikov 19 sentyabr 1996-cı ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub.[1] 2003-cü ildə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbin birinci sinfinə daxil olub. 2014-cü ildə həmin məktəbin on birinci sinfini bitirib.

Hərbi xidməti

2014-cü ilin oktyabr ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində davam etdirib. 2016-cı ilin aprel ayında ordu sıralarından tərxis olunub.

Azərbaycan Ordusunun əsgəri Nurlan Dünyamalı oğlu Malikov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda FüzuliQubadlı rayonlarının ərazilərində gedən döyüşlərdə iştirak edib. Nurlan Malikovun üzvü olduğu dəstə Zəngilandan Qubadlıya hərəkət edərkən düşmənin hücuma məruz qalıb. Şəxsi heyətin bir hissəsi şəhid olmuş, Nurlan isə itkin düşmüşdür. Şəhidin nəşi ölümündən təxminən 70 gün sonra tapılmışdır. Şəhidin nəşi 31 dekabr 2020-ci il tarixdə doğulduğu Masallı rayonunun Öncəqala kənd qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Nurlan Dünyamalı oğlu Malikov "Vətən uğrunda" medalı ilə təltif edilib.[2]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Nurlan Dünyamalı oğlu Malikov "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.[3]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Nurlan Dünyamalı oğlu Malikov "İgidliyə görə" medalı ilə təltif edilib.[4]

Təltifləri

İstinadlar