Nurlan Rəhimov

Azərbaycanın Silahlı Qüvvələrinin kiçik çavuşu idi

Nurlan Əlövsəd oğlu Rəhimov (22 noyabr 1981, Astara30 sentyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Nurlan Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriAstara şəhəri, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (38 yaşında)
Vəfat yeriXocavənd rayonu, Azərbaycan
Dəfn yeriAstara şəhəri
VətəndaşlığıAzərbaycan Azərbaycan
Həyat yoldaşıSəbinə Rəhimova
UşaqlarıƏlövsət, Səidə
AtasıƏlövsət Rəhimov
AnasıSəidə Rəhimova
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
Rütbəsi Kiçik çavuş
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020

Həyatı

Nurlan Rəhimov 1981-ci il noyabrın 22-də Astara şəhərində anadan olub.[1] 1988–1999-cu illərdə Ş. Qasımov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb.

Hərbi xidməti

Azərbaycan Ordusunun kiçik çavuşu olan Nurlan Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Rəhimov sentyabrın 30-da Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Rəhimov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar