Nurlan Zeynalov (əsgər)

Nurlan Vasif oğlu Zeynalov (4 dekabr 1998; Bakı, Azərbaycan9 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Nurlan Zeynalov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriBakı, Azərbaycan
Vəfat tarixi (21 yaşında)
Vəfat yeriKəlbəcər rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri

Həyatı

Nurlan Zeynalov 1998-ci il dekabrın 4-də Bakı şəhərində anadan olub.[1] Subay idi.

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Nurlan Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Nurlan Zeynalov oktyabrın 9-da Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 25.12.2020-ci ildə dəfn olunub.

İstinadlar