Şüvəlan FK

Fəaliyyətini dayandırmış Azərbaycan peşəkar futbol klubu
(Olimpik Şüvəlan FK səhifəsindən istiqamətləndirilmişdir)

Şüvəlan FKAzərbaycanın Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən peşəkar futbol klubu.

Şüvəlan FK
Klubun tam adıŞüvəlan Futbol Klubu
Ölkə
Ləqəb(lər)Təyyarəçilər
Rəng(lər)sarı-qara
Yaranma tarixi1996
Bağlama tarixi2019[1]
StadionuAZAL Arena - Şüvəlan
Tutumu3000
PrezidentiAzərbaycan Zaur Axundov
Baş məşqçisiAzərbaycan Aqil Nəbiyev
LiqaAzərbaycan Birinci Liqası
2018-20197
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adları

  • AMMK (1996-2005)
  • Olimpik (2005-2009)
  • Olimpik-Şüvəlan (2009-2010)
  • AZAL (2010 -2017)[2]
  • Şüvəlan FK (2017-)

Tarix

"Olimpik-Şüvəlan" futbol klubu adı ilə 1996-cı ildə yaradılıb.

Komanda əvvəllər AMMK adı altında (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi"nin (rusca Азербайджанский Международный Молодёжный Комитет-in şərəfinə) futzal üzrə həvəskarlar liqasında çıxış edib. Klub 1997-ci ildə futzal üzrə həvəskarlar liqasında 8 komanda arasında 1-ci olub. Bir çox futzal turnirlərində ölkəmizi təmsil edib. Daha sonra peşəkar futzal liqasına qatılan AMMK daim mükafatlar uğrunda mübarizə aparıb. 2002/2003-cü il Futzal üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edib və qrup oyunlarında ikinci yeri tutub. 2004-cü ildə AFFA-da peşəkar futbol klubu kimi qeydiyyatdan keçib və həmin ildə 17 yaşlılardan ibarət milli komandanın bazasında AMMK adı altında 1-ci dəstədə mübarizə aparıb. AMMK mövsümün yekununda 1-ci yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazanmışdır. 2005-ci ilin avqust ayında klub adını dəyişərək "Olimpik" adlanıb. 2005/2006-cı il mövsümündə komanda Azərbaycan Çempionatında 12-ci yeri tutub. 2006/2007-ci il mövsümündə komanda heyətini gücləndirərək qarşısına iddialı məqsədlər qoyub. Xüsusən ölkəmizin ən güclü məşqçilərindən biri olan Əsgər Abdullayevin gəlişindən sonra "Olimpik" daha yaxşı nəticələr qazanmağa başlayıb. 2006/2007-cil mövsümünü 5-ci yerdə bitirən klubumuz 2007/2008-ci il mövsümündə çempionluğu son turda əldən vermiş və vitse-çempion adını qazanmışdır. 2008/2009-ci illər Avrokuboklar mövsümündə ölkəmizi UEFA-nın klub yarışlarında təmsil edən "Olimpik" birinci təsnifat mərhələsində Serbiyanın "Voyvodina" komandası ilə qarşılaşmışdır. İlk oyunda səfərdə 1-0 hesabı ilə məğlub olan "Olimpik" Bakıdakı oyunda heç-heçə (1-1) etmişdir. Bununla da klubumuz mərhələ keçmək vəzifəsinin öhdəsindən gələ bilməmişdir.

2009-2010-cu il mövsümündən etibarən klubun adı "Olimpik-Şüvəlan" adına dəyişdirilib.[3]. 2010/11 mövsümündən isə futbol klubu AZAL adlandırılıb. Komanda 3 may 2017-ci ildə fəaliyyətini dayandırsa da 3 gündən sonra yenidən fəaliyyətini bərpa etdi. Komanda Birinci Divizyonda yeni adla -"Şüvəlan" adı altında çıxış edir.

Uğurları

Premyer-liqada və kubokda çıxışı

SezonDivizionYerOQHMQVQBXAzərbaycan Kuboku
2004/052nd1141031259331/16 Final
2005/061st122658131527231/8 Final
2006/071st62411852817411/8 Final
2007/081st2261772297581/4 Final
2008/091st62612863218441/4 Final
2009/101st7421613134729611/2 Final
2010/111st432131093628491/2 Final
2011/121st732128124444441/4 Final
2012/131st73216975732571/8 Final
2013/141st836613172949311/8 Final
2014/151st632109133742391/4 Final
2015/161st736137162638461/8 Final
2016/171st8281720101/4 Final

Avropa kuboklarında iştirakı

Klubun Olimpik-Şüvəlan adıyla fəaliyyət göstərərkən istifadə etdiyi loqo
Klubun 3 may 2017-ci ilə qədər istifadə etdiyi loqo
TurnirİlMərhələÖlkəKlubEvSəfərÜmumi
UEFA Kuboku2008/2009Q1 SerbiyaVoyvodina1–10–11–2
UEFA Avropa Liqası2011/2012Q1 BelarusMinsk1–11–22–3

Baş məşqçiləri

  1. Şakir Qəribov (iyun 2004 - may 2005) – 16 oyun
  2. Stepan Çordaş (iyun 2005 – avqust 2005) – 3 oyun
  3. Camaləddin Əliyev – baş məşqçi əvəzi (2005 avqust) – 4 oyun
  4. Peter Kurçubiç (2005 avqust – 2006 may) – 23 oyun
  5. Əsgər Abdullayev (2006 iyun – 2009 noyabr) – 105 oyun
  6. Nazim Süleymanov (2009 noyabr – 2011 iyun) – 64 oyun
  7. Elxan Abdullayev (2011 iyun - oktyabr)
  8. Rafiq Mirzəyev (2011 oktyabr-2012 aprel)
  9. Vaqif Sadıqov (2012 aprel-2014 mart)[4]
  10. Tərlan Əhmədov (2014 mart)

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində

2015-ci il 7 Avqust tarixində açıqlanan klublarının dünya reytinqində 2.825 xal ilə Azərbaycan klubları arasında 7-ci, dünyada isə 350-ci pillədə başa vurmuşdur[5].

İstinadlar

Xarici keçidlər