Orxan Aslanlı

Orxan Şahmar oğlu Aslanlı (20 noyabr 1992; Tərtər rayonu, Azərbaycan8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Orxan Aslanlı
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriTərtər rayonu, Azərbaycan
Vəfat tarixi (27 yaşında)
Vəfat yeriAğdərə, Azərbaycan
Dəfn yeriTərtər rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020

Həyatı

Orxan Aslanlı 1992-ci il noyabrın 20-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub.[1]

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Orxan Aslanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Aslanlı oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Aslanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Təltifləri

İstinadlar