Orxan Hüseynov (əsgər)

Orxan Ələkbər oğlu Hüseynov (4 mart 1996; Balakən rayonu, Azərbaycan4 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Orxan Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriBalakən rayonu, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeriKəlbəcər rayonu, Azərbaycan
Dəfn yeriBalakən rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri

Həyatı

Orxan Hüseynov 1996-cı il martın 4-də Balakən rayonunun Hənifə kəndində anadan olub.[1]

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Orxan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Hüseynov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 15.01.2021-ci il tarixində Balakən rayonunda dəfn olunub.

İstinadlar