Orxan Osmanov

Orxan Mənsur oğlu Osmanov (25 noyabr 1999; Mürşüdoba, Xaçmaz rayonu, Azərbaycan1 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Orxan Osmanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriMürşüdoba, Xaçmaz rayonu, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeriSuqovuşan, Tərtər rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
AtasıMənsur Osmanov
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2017—2020
RütbəsiƏsgər
Vəzifəsibaş atıcı
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2020"Suqovuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı

Orxan Osmanov 25 noyabr 1999-cu ildə Xaçmaz rayonunun Mürşüdoba kəndində anadan olmuşdur.[1] 2005-2016-cı illərdə orta təhsil almışdır. Subay idi.

Hərbi xidməti

Orxan Osmanov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra "N" saylı hərbi hissələrin birində müddətdən artıq hərbi xidmətə başlamışdır.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Osmanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində baş atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Orxan Osmanov 1 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən hərbi əməliyyatlarda döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Osmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Osmanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Osmanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar