Osman Manafov

Osman Natiq oğlu Manafov (24 noyabr 1991; Suraxanı rayonu, Azərbaycan27 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Osman Manafov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriSuraxanı rayonu, Azərbaycan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeriXocavənd rayonu, Azərbaycan
Dəfn yeriSuraxanı rayonu, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Hadrutun azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020

Həyatı

Osman Manafov 1991-ci il noyabrın 24-də Suraxanı rayonunda anadan olub.[1]

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Osman Manafov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsininXocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Osman Manafov oktyabrın 27-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Suraxanı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Manafov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Manafov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar