Pınar Dəniz

Pınar Dəniz (4 noyabr 1993, Adana) — Türk aktrisa.

Pınar Dəniz
Pınar Dəniz
Doğum adıPınar Dəniz
Doğum tarixi4 noyabr 1993(1993-11-04) (30 yaş)
Doğum yeri
MilliyyətiTürkiyəli
Vətəndaşlığı
FəaliyyətiAktyor
Fəaliyyət illəri2014-günümüz
Təhsili
Boyu167 sm
Çəkisi60 kq
IMDbID8496758
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Pınar, 4 noyabr 1993-cü ildə Mardinli və Ərəb kökənli bir ailənin uşağı olaraq Adanada dünyaya gəlmişdir. [1][2] İki yaşından etibarən İstanbula gəlmiş və burada böyümüşdür. İstanbul Universiteti İctimaiyyətlə Əlaqələr və Reklam bölməsindən məzun olmuşdur.[3] İlk dəfə 2014-cü ildə özünü aktyorluq sahəsində sınamışdır. Sil başdan adlı serialda Evrim obrazını canlandırmışdır. Müğənni Murad Dalkılıçın Yəni adlı musiqisinin klipində yer almışdır. 2016-2018-ci illərdə məşhur Vətənim sənsən serialında Ulduz obrazını oynamışdır. FOX TVdə yayımlanan Bir Dəli Rüzgar serialında Bərk Cankatla partnyor olmuş,Gökçə rolunu canlandırmışdır.

Netflix platformasında Burcu xarakterile Aşk 101 serialında yer almışdır. Hal-hazırda, 2021-ci ildə Kanal D tərəfindən ekranlaşdırılan Yargı serialında Ceylin Ərguvan Qaya rolunu canlandırır.

Filmoqrafiya

TV serialları

  • "Sil başdan" (2014)-Evrim-baş rol
  • "Beyaz yalan" (2015)-Azra- baş rol
  • "Vatanım sensin" (2016-2018)-Yıldız-baş rol
  • "Bir Deli Rüzgar" - Gökçe Yücel-baş rol
  • "Aşk 101"-Burcu-baş rol
  • "Menajerimi ara"-özü-qonaq
  • "Kırmızı oda" (2021)-Nazlı-qonaq
  • "Yargı" -Ceylin-baş rol

Filmləri

  • "Kardeşim benim 2" (2017)-Didem-baş rol
  • "İnsanlar ikiye ayrılır" (2021)-Ceren-baş rol
  • "Aşkın Kıyameti" (2021)-Selin-baş rol

İstinadlar