Qırmızı günəş

"Qırmızı günəş" (ing. Red Sun) — rejissor Terens Yanqın filmi.

Qırmızı günəş
ing. Red Sun
Janrdöyüş
triller
vestern
RejissorTerens Yanq
ProdüserTed Riçmond
Əsərin müəllifiLerd Köniq
Ssenari müəllifləriDenni Bart Petitkler
Uilyam Roberts
Lourens Roman
Baş rollardaÇarlz Bronson
Ursula Andress
Toşiro Mifune
Alen Delon
OperatorAnri Alekan
BəstəkarMoris Jarr
İstehsalçılarNational General Pictures (ABŞ)
Les Films Corona (Fransa)
DistribütorNetflix
İlk baxış tarixi15 sentyabr 1971, Fransa Fransa
15 oktyabr 1971, Almaniya Almaniya
26 oktyabr 1971, İtaliya İtaliya
26 noyabr 1971, Yaponiya Yaponiya
17 dekabr 1971, Finlandiya Finlandiya
20 dekabr 1971, İspaniya İspaniya
25 fevral 1972, Danimarka Danimarka
5 mart 1972, İsveç İsveç
9 iyun 1972, ABŞ
31 iyul 1972, Norveç Norveç
6 oktyabr 1984, Filippin Filippin
Filmin növübədii film
Müddət112 dəqiqə
ÖlkələrFransa Fransa
İtaliya İtaliya
İspaniya İspaniya[1]
Dilingilis dili[1]
İl1971
Rəngrəngli
IMDbID0067770

Məzmun

Yapon samurayı Kuroda Zübey diplomatik heyətin tərkibində ABŞ-nin qərb sahillərinə gəlir. Səfir imperatorunun qiymətli hədiyyəsi olan təntənəli qılıncı Amerika prezidentinə aparır. Qılınc təmiz qızılla işlənmişdir. Səfər vaxtı onların getdiyi qatara Qoşun rəhbərliyi altında quldur dəstəsi soxulur. Qoş pullarla yanaşı, qılıncı da götürür. Diplomatik heyətin başçısı Kurodaya yeddi gün ərzində əmanəti qaytarmaq əmri verir.

Qatarın qarətindən sonra Kuroda keçmiş quldur Link Stüartla birlikdə Qoşu axtarmağa gedirlər. Əgər samuray onu lazım olan vaxta qədər tapmasa, harakiri edəcək. O, tapşırığa yollananda Qoşu dərhal öldürməyi qərara almışdı. Lakin iş elə gətirir ki, samuray Linkə Qoşdan pullarla dolu xəlvəti yeri öyrənməyə imkan yaradacağına söz verir.

Kuroda və Link təyin edilmiş yerə gəlib çatırlar. Onlar burada özlərini hinduların hücumundan müdafiə etməli olurlar. Bütün toqquşmalar bitəndən sonra Kuroda Linkin işarəsilə qarşısında olan yaralı Qoşu öldürməyə cəhd edir. Lakin Qoş cəld tərpənərək çevrilir və samuraya atəş açır. Bunu görən Link həmin dəqiqə dostunun qisasını almağı düşünür və Qoşu öldürür.

Ölümcül halda olan Kurodaya qılıncı səfirə qaytarmağı söz verir. O, Qoşun rəfiqəsi Kristinanı da özü ilə aparır. Dəmiryol xəttinə səfirlə görüşməyə qayıdan Link Kurodaya verdiyi vədə əməl edir.

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin müəllifi : Lerd Köniq
Ssenari müəllifləri : Denni Bart Petitkler, Uilyam Roberts, Lourens Roman
Rejissor : Terens Yanq
Operator : Anri Alekan
Bəstəkar : Moris Jarr
Prodüser : Ted Riçmond

Rollarda

Çarlz Bronson – Link Stüart
Ursula Andress – Kristina
Toşiro Mifune – Kuroda Zübey
Alen Delon – Qoş
Kapuçine – Pepita
Bart Berri – Pako
Li Börton
Toni Douson
Con Hamilton
Corc Layken
Lük Merenda
Satoşi Nakamura
Co Nieto
Jül Penya
Monika Randall
Hiroşi Tanaka – Muroda
Con B. Vermont
Nakamura Tesu – yapon səfiri

İstinadlar

Mənbə

  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16.