Qızılqum FK

Qızılqum Zərəfşan FK (özb. Қизилқум Зарафшон футбол клуби or Qizilqum Zarafshon futbol klubi; ing. FC Qizilqum) — Zərəfşan şəhərini təmsil edən Özbəkistan futbol klubudur. Hal-hazırda klub Özbəkistanın əsas liqası olan Özbəkistan Liqasında mübarizə aparır. Klubun adı şəhərin yaxınlığında yerləşən Zərəfşan çayının adından götürülmüşdür. Qzılqum isə Özbəkcə Qırmızı qum mənasına gəlir ki, bu da yerli səhra ilə bağlıdır.

Qızılqum FK
Loqonun şəkli
Klubun tam adıQizilqum Zarafshon
ÖlkəÖzbəkistan Özbəkistan
Yaranma tarixi1967
StadionuYoşlar stadionu, Özbəkistan Navoi
Tutumu12500
Baş məşqçisiÖzbəkistan Yuriy Lukin
LiqaÖzbəkistan peşəkar futbol liqası
202312
Rəsmi saytı

Tarixi

2014-cü ilə qədər Qızılqum FK-ın loqosu

Qızılqum FK 1967-ci ildə Proqress adı altında yaradılmışdır. Klubun adı 1994-cü ildə Qızılqum kimi dəyişdirilsədə, 1995-ci ildə yenidən Proqress adı geri qaytarılmışdır. 1997-ci ildə klub yenidən Qızılqum adlandırıldı. Klub ilk dəfə 2000-ci ildə Özbəkistan Liqasında debüt etmişdir. İlk mövsümdə klub 11-ci yeri tutmuşdur. Bir il sonra, yəni 2001-ci il mövsümündə klub liqanı 6-cı yerdə başa vurdu. Nəhayət, 2002-ci il mövsümündə klub liqanı 3-cü yerdə başa vurdu. Kubokda isə klub güclü Neftçi Fərqanə FK klubuna yarımfinalda məğılub olaraq yarışı dayandırdı. Klub 2000-ci illərdə Özbəkistan Liqasında ən uğurlu vaxtlarını keçirmişdir.

Ad dəyişdirilməsi

  • 1967—1994: Proqress
  • 1994—1995: Qızılqum
  • 1995—1997: Proqress
  • 1997: Qızılqum

Stadion

Klub öz ev oyunlarını 5000 tamaşaçı tutumuna malik və Zərəfşan şəhəri ərazisində yerləşən Proqress stadionunda keçirirdi. 2013-cü ilin avqust ayında Proqress stadionu təmirə bağlandı. 2013-cü ilin avqust ayından 2014-cü ilin may ayına qədər klub öz ev oyunlarını Novai yaxınlığında yerləşən və 10000 tamaşaçı tutumuna malik Soqdiana stadionunda keçirməyə başladı. Soqdiana stadionunda həm də Yuzhanin FK öz ev oyunlarını keçirirdi. 2014-cü ilin may ayında Novai şəhərində yeni stadion tikilməyə başladı. Stadionun adı Yoşlar stadionu idi və klub artıq burada oynamağa başladı.[1]

Yoşlar stadionu Umid nihollari 2012 idman kompleksinin əsasında tikilmişdir və məktəblilər arasında keçirilən respublika idman oyunlarını qəbul edir. Təmir işlərindən sonra stadionda oturacaqların sayı 12500-ə çatdırılmış, 2011-ci ilin aprel ayından 2012-ci ilə qədər idman kompleksi fəaliyyət göstərmişdir. İdman kompleksində voleybol, həndbol, basketbol və digər idman növləri üçün 2 kort fəaliyyət göstərir. 2012-ci ildə Umid nihollari oyunlarının açılışı bu stadionda baş tutmuşdur. 2012-ci ilin noyabr ayında AFK stadionu A kateqoriyası ilə mükafatlandırmışdır. Birinci rəsmi oyun 3 may 2014-cü ildə keçirilmişdir. Həmin oyun Qızılqum ilə Dinamo Səmərqənd arasında baş tutmuşdur.[2]

Liqa tarixi

İlDiv.Möv.KubokBombardir (Liqa)
2005ÖzL7R16
20066R16
20077R32
200814R32
2009101/4
20108R16
201113R16
201211R16Feruz Babakulov – 5
2013121/4Zafar Turaev – 5
Xurşid Yuldaşev – 5
201411R16
201510R32Baxriddin Vaxobov – 21

İndiki heyət

14 mart 2015-ci il məlumatlarına əsasən.[3] 4

NömrəÖlkəMövqeyiFutbolçu
1 GKErkin Cabbarov
4 MFAlişer Sanayev
6 MFFarrux Xaydarov
7 MFCəmşid Şoxnazarov
8 DFAkmal Rustamov
9 FWVyaçeslav Şevçenko
10 FWBaxriddin Vaxobov
12 GKDilşod Xamroyev
14 MFFeyzulla Kambarov
17 FWFeruz Babakulov
20 MFQayrat Cumayev
21 DFMirjalol Kurbanov
22 GKArtem Makosin
NömrəÖlkəMövqeyiFutbolçu
23 FWŞerali Curayev
24 DFAsqar Muxiddinov
25 FWAlişer Xoliqov
30 MFRuslan Sanayev
33 MFAndrey Derkax
50 DFGiorgi Kvesieşvili
92 MFAzizbek Usmanov
DFLaziz Abdullayev
DFNodir Şaxobiddinov
MFBobur İsgəndərov
MFSarvar Xolmatov
FWAlişer Azizov
FWXurşid Yuldaşev

Texniki heyət

2014-cü il fevral ayına əsasən.

MövqeAd
Baş məşqçi Yuriy Lukin
Köməkçi məşqçi Aleksey Evstafeyev
Köməkçi məşqçi Vladimir Andreyev

Uğurları

  • Özbəkistan Liqası 3-cü:
    • 2002

Baş məşqçilər

  • Rüstəm Zabirov (2008–2010)
  • Sergey Arslanov (2008–2010), müvəqqəti
  • Marat Kabayev (2011)
  • Sergey Arslanov (2011), müvəqqəti
  • Ravşan Xaydarov (Yanvar 2012– Aprel 2013 )
  • Rüstəm Zabirov (Aprel 2013– İyul 2013)
  • Yuriy Lukin (İyul 2013–)

İstinadlar

Xarici keçidlər