Qandi (film)

Qandi (ing. Ghandi)— 1982-ci ildə çəkilmiş, Mahatma Qandinin həyatı barədə bioqrafik filmdir.

Qandi
ing. Ghandi
Janrbioqrafik film[1], fleşbək filmi[d], dram filmi[2][3], dram
Əsas mövzuMahatma Qandi
RejissorRiçard Attenborou
ProdüserRiçard Attenborou
Baş rollardaBen Kinqsley
Rohini Hattanqadi
Bəstəkarlar
MontajçıCon Blum[d]
İstehsalçılarColumbia Pictures
DistribütorColumbia Pictures, Netflix
İlk baxış tarixi10 dekabr 1982[4], 18 mart 1983[5], 18 fevral 1983[6]
Müddət181 dəq., 185 dəq.
Büdcə22.000.000 $
Gəlir52.800.000 $
Ölkələr
Dilİngilis
Rəngrəngli, ağ-qara[d]
IMDbID0083987
MükafatlarıƏn yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı operator işinə görə "Oskar" mükafatı Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı Academy Award for Best Costume Design

Məzmun

20-ci yüzilliyin ilk yarısında Böyük Britaniyanın Hindistanda koloniyalar qurması və Hindistanın vəziyyətindən bəhs edən filmin rejissoru Riçard Attenboroudur. Qandi rolunda Ben Kinqsley Oskar mükafatı almışdır.İngiltərə və Hindistanın ortaq çəkdiyi filmin premiyerası 30 noyabr 1982-ci ildə Yeni Dehlidə keçirilmişdir.

Film Qandinin 1893-cü ildə yalnız ağdərililər üçün nəzərdə tutulan vaqona mindiyi üçün Cənubi Afrika qatarından qovulması səhnəsi ilə başlayıb, 1948-ci ildə öldürülməsi və dəfni ilə bitir. Filmdə onun Hinduizmə sitayiş etməsinə baxmayaraq, İslam və Xristianlıq kimi digər dinlərə də hörmətlə yanaşması da əks olunmuşdur.

Qandi filmi Hindistanda 30 Noyabr, Birləşmiş Krallıqlarda 3 Dekabr, ABŞ-də isə 6 dekabr 1982-ci il tarixlərində ekrana buraxılmışdır. 11 kateqoriya üzrə Oskar mükafatına namizəd göstərilən film 8 kateqoriya üzrə Oskar mükafatı laureatı olmuşdur

Mükafatlar

  • Ən Yaxşı Film Oskar Mükafatı, 1983
  • Ən Yaxşı Reşissor Oskar Mükafatı, 1983
  • Ən Yaxşı Ssenari Oskar Mükafatı, 1983
  • Ən Yaxşı Kişi Aktyor Oskar Mükafatı, 1983
  • Ən Yaxşı Görüntü Oskar Mükafatı, 1983
  • Ən Yaxşı Film Redaktəsi Oskar Mükafatı, 1983
  • Ən Yaxşı İncəsənət Rejissoru Oskar Mükafatı, 1983
  • Ən Yaxşı Geyim Dizaynı Oskar Mükafatı, 1983

İstinadlar